Dişlərinizin sağlamlığı üçün bunlardan uzaq durun

Dişlərimiz həm nitqimiz, həm də sağlamlığımız üçün çox önəmlidir.
Dişlərimizin çürüməsinə, qırılmasına və düşməsinə səbəb olan çoxlu yanlış davranışlar var.
"Cebhe.info" xəbər verir ki, stamatoloqların fikrincə aşağıdakı yeyəcək və içəcəklər və bəzi təmizləmə qaydaları diş sağlamlığı üçün zərərlidir:
*Meyvə şirəsi
Meyvə şirəsini içməyin həzm üçün faydalı olduğunu söyləyənlər var. Amma mütəxəssislər deyirlər ki, meyvə şirələri orqanizmimizi bütün lazımi qidalarla təmin etmir.
Həddən artıq çox və uzun müddət şirə içmək dişlərinizə ciddi zərər verə bilər və gələcəkdə problemlərə səbəb ola bilər. Meyvə şirələri içdikdən sonra dişlərimizə çatan yüksək şəkər diş minasını zəiflədə və çürüklərə səbəb ola bilər.
Meyvə şirəsi içdikdən sonra dişlərimizə yapışan bakteriyalar da diş ətlərimizi iltihablandıraraq diş əti xəstəliklərinə səbəb ola bilər.
*Kömürlü diş pastası
Bu tip diş məcunları ləkələri çıxarmaqla yanaşı, dişlərinizə də zərər verir. Bu da diş minanızı yavaş-yavaş aşındıra bilər.
Kömür diş pastasından istifadə etmək istəyirsinizsə, onu həftədə bir və ya iki dəfə istifadə etməyiniz tövsiyə olunur.
Bəs nələrdən təmizləyici kimi istifadə edə bilərik?
*Alma sirkəsi
Alma sirkəsi son zamanlar həm məşhurların, həm də nüfuzlu insanların seçiminə çevrilib. Bununla diş əti iltihabdan təmizlənə bilər.
Bundan əlavə, alma sirkəsi həzmi tənzimləmək, immunitet sistemini gücləndirmək və ürək sağlamlığını yaxşılaşdırmaq üçün tövsiyə olunur.
*Limon şirəsi
Limonda çoxlu C vitamini var ki, bu da infeksiyalarla mübarizə aparmağa kömək edir.
Limon suyu uzun müddətdir sağlamlıq və təmizləyici xüsusiyyətləri ilə tanınır, araşdırmalar onun həzmə fayda verdiyini, dərinizi parlaqlaşdıra biləcəyini və diş ətinizi sağaldacağını göstərir.
Naibə
"Cebhe.info"