Dünyanın ən təhlükəsiz və təhlükəli ölkələri: Azərbaycan neçəncidir?

Dünyanın ən təhlükəsiz və təhlükəli ölkələri: Azərbaycan neçəncidir?

2024-cü il üçün dünyanın ən təhlükəsiz və təhlükəli ölkələri siyahısı yenilənib.

"Cebheinfo.az" Böyük Britaniyada yerləşən “International SOS” təşkilatının apardığı araşdırmadan sonra dünyada səyahət edərkən ən çox təhlükəsizliyi təmin edən və ən çox risk yaradan ölkələr müəyyən edilib. 

İslandiya aşağı cinayət nisbətləri və sabit siyasi mühiti ilə səyahətçilər üçün ən təhlükəsiz ölkə kimi müəyyənləşib.

"Cebheinfo.az" ən təhlükəsiz ölkələrin siyahısını təqdim edir:

1. İslandiya
2. Lüksemburq
3. Norveç
4. İsveçrə
5. Danimarka
6. Sloveniya

Dünyanın ən təhlükəli ölkələri isə terror təhlükəsi, insan hüquqlarının pozulması, infrastrukturun zəifliyi və səhiyyə xidmətlərinin fövqəladə hallarda effektiv cavab vermək qabiliyyəti ilə müəyyən edilir.

Bu amillərin birləşməsi ilə dünyanın ən təhlükəli (tünd qırmızı) ölkələrinin siyahısı belədir:
1. Cənubi Sudan
2. Əfqanıstan
3. Suriya
4. Liviya
5. Somali
6. Afrika
7. Yəmən
8. İraq
9. Ukrayna.

Siyahıda Azərbaycan dəyişən riskli təhlükəsizlik ölkələr arasında yer alıb və risksiz mövqedədir.

Ləman İsmayıl
"Cebheinfo.az"