Enerji içkiləri sinir sistemini “dağıdır”

Enerji içkiləri sinir sistemini “dağıdır”

Enerji içkiləri sağlamlığa ciddi ziyan vurur. 

“Cebhe.info” “Krım24”-ə istinadən xəbər verir ki, bunu kardiocərrah Nikolay Eqin deyib.

Həkimin sözlərinə görə, bu içkilərdən istifadə zamanı əsasən sinir sistemi zədələnir. Həkim qeyd edib ki, energetik içkilərin tərkibində psixostimulyator olan maddələr var və onlar sinir sistemini aktivləşdirir. Eqinin fikrincə, müntəzəm istifadə ilə bir adam həyəcan, titrəmə - əllərin əsməsi və taxikardiya yaşayır. Enerji içkisi içənlər də baş ağrısı, sinə ağrısı, əzələ ağrısı və bel ağrısı kimi simptomlardan əziyyət çəkə bilərlər.

Eqinin həmkarı, həkim Aleksandr Polikarpov əlavə edir ki, enerji içkilərinin zərərləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən öyrənilib və təsdiqlənib. 

Bu içkilərin tərkibində adi qidalar və ya bitkilərlə müqayisədə vitaminlər, amin turşuları və digər maddələr daha yüksək konsentrasiyaya malikdir və belə içkilərin tərkibindəki kofein maddələrin konsentrasiyasını artırır. Bununla yanaşı, dietoloqlar xəbərdarlıq edirlər ki, enerji içkiləri içmək yuxunun pozulmasına, qan təzyiqinin artmasına, dişlərin pisləşməsinə və kofein asılılığına səbəb ola bilər.

Xəzər
“Cebhe.info”