Gələn ilin yaz-yay trendi məlum olub: Bu rəng dəbdə olacaq

2024-cü ilin yaz-yay trendini məlum olub.
Cebhe.info xəbər verir ki, bunu öz “Telegram” kanalında stilist Aleksandr Roqov açıqlayıb. Onun sözlərinə görə, qarşıdakı mövsümlərdə ağ paltarlar dəbə girəcək.
Roqov son moda nümayişlərindən fotoşəkilləri paylaşıb. Kadrlardan görünür ki, bu geyim son vaxtlar bir neçə dəfə podiuma çıxıb. Dizaynerlər kolleksiyalarına bəzək elementləri olan, uzun ağ paltarları kütləvi şəkildə daxil ediblər.
Xəzər
Cebhe.info