Hər dörd saniyədə bir insan ölür- Bu səbəbdən

Hazırda üç milyarddan çox insan qlobal istiləşmədən əziyyət çəkir.
Cebhe.info xəbər verir ki, bu sayı dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun iqlim dəyişikliyi və sağlamlıq üzrə xüsusi nümayəndəsi Vanessa Kerri verib.
Dubayda BMT-nin İqlim Konfransında (COP28) Sağlamlıq Günündə çıxışı zamanı Kerri deyib ki, Yer kürəsində hər dörd saniyədə bir insan ekoloji problemlər səbəbindən ölür. Onun sözlərinə görə, hazırkı vəziyyətin qarşısını almaq olardı.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş bəşəriyyətin iqlimin çökməsi ilə üz-üzə olduğunu bildirmişdi. O qeyd edib ki, 2023-cü il planetin tarixində ən isti il olacaq.
Xəzər
Cebhe.info