İnsana baxmaqla psixi xəstəliyini bilmək mümkündür - ARAŞDIRMA

İnsana baxmaqla psixi xəstəliyini bilmək mümkündür - ARAŞDIRMA

Zəif fiziki sağlamlıq göstəriciləri psixi xəstəliklərin daha dəqiq göstəricisi ola bilər.

Cebhe.info xəbər verir ki, Avstraliyalı tədqiqatçılar bu qənaətə gəliblər. Alimlər 175 mindən çox insanı təhlil ediblər. Onlar immunitet sistemi, qaraciyər, ürək, ağciyərlər və böyrəklər daxil olmaqla, yeddi bədən sisteminin beyin sağlamlığı və funksiyası haqqında məlumat toplusunu araşdırıblar.

Məlum olub ki, şizofreniya, bipolyar pozğunluq, depressiya və təşviş pozğunluğu olan şəxsləri digər insanlardan yalnız orqanizmin sağlamlıq vəziyyətinə görə “orta dəqiqliklə” ayırmaq olar.

Alimlər bu təsiri dərmanların yan təsirləri, xroniki stress və xroniki ruhi xəstəlikləri olan insanların əziyyət çəkdiyi infeksiyaların artması ilə əlaqələndirirlər.

Xəzər

Cebhe.info