İnsanları öldürən “fironun lənəti”nin sirri açıldı

İnsanları öldürən “fironun lənəti”nin sirri açıldı

Alim Ross Fellovs məşhur mifə görə, 1922-ci ildə Tutanxamonun məzarını açan 20-dən çox insanı “öldürən” “fironun lənəti”nin səbəbini açdığını iddia edir. Ekspert hesab edir ki, qazıntı iştirakçıları güclü radiasiyanın təsirindən ölüblər.

"Cebhe.info" bu barədə "Daily Mail"-ə istinadən yazır.

Qeyd olunur ki, qədim Misir mətni kral ailəsinin mumiyalanmış qalıqlarını narahat edən hər kəsi “heç bir həkimin sağalda bilməyəcəyi xəstəlikdən ölümlə” təhdid edir. Fellovs iddia edir ki, möhürlənmiş qəbirlərə tərkibində uran və zəhərli tullantılar olan təbii elementlər bilərəkdən yerləşdirilib.

Mütəxəssis qeyd edir ki, bu maddələrə məruz qalma bəzi xərçəng növlərinə səbəb ola bilər. Məsələn, Tutanxamonun məzarına ilk girən arxeoloq Hovard Karter Hodgkin lenfoması ilə mübarizə apardıqdan sonra ölüb. Ekspedisiyanın digər üzvləri asfiksiya, insult, şəkərli diabet, ürək çatışmazlığı, pnevmoniya, zəhərlənmə, malyariya və rentgen şüalarına məruz qalmadan dünyalarınnı dəyişiblər.

Bundan əvvəl britaniyalı alimlər Şerif və Tariq Əl-Tavil belə qənaətə gəliblər ki, qədim Misir fironu Tutanxamonun məzarını kəşf edənlərin ölümünün səbəbi Aspergillus göbələyi ola bilərdi. Həkimlər onun tədqiqatçılara məzarda tapılan ağciyər infeksiyalarına səbəb olduğunu irəli sürdülər.

Xəzər

"Cebhe.info"