Mask artıq rəsmən tviterin direktoru deyil

Mask artıq rəsmən tviterin direktoru deyil

Milyarder İlon Mask artıq tviter sosial platformasının baş direktoru deyil.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maskı bu vəzifədə Linda Yakkarino əvəz edəcək.

O, 5 iyundan etibarən vəzifələrinin icrasına başlayıb.

Qeyd edək ki, amerikal milyarder Mask 2022-ci ilin oktyabrında tviteri 44 milyard dollara satın alıb. O, 2023-cü ildə tviterin baş direktoru olaraq Linda Yakkarinonu təyin edib.

Cebhe.info