"Mercedes-Benz" 341 min avtomobilini geri çağırır

"Mercedes-Benz" 341 min avtomobilini geri çağırır

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" şirkəti alovlanmaya səbəb ola biləcək qüsur səbəbindən 341 min avtomobili geri çağırır.

"Cebhe.info" xəbər verir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) məlumat yayıb.

Bildirilir ki, geri 2017-2023-cü illərdə istehsal edilən 341 min ədəd "C-" və "GLC" sinfinə aid avtomobillər çağırılır.

Məlumata görə, geri çağırılan avtomobillərin 11 min ədədi Almaniyadadır.

Nigar Hacılı 
"Cebhe.info"