Milyarderin arvadının makiyajsız görüntüsü

Rusiyalı iş adamı və milyarder Aleksandr Lebedevin həyat yoldaşı model Yelena Perminova makiyajsız görüntüsü ilə müzakirə yaradıb.
“Cebhe.info” xəbər verir ki, “Instagram”dakı fotoda 37 yaşlı model saçlarını at quyruğu kimi düzəldərək kamera qarşısına keçib. O, makiyajsız üzünü müxtəlif rakurslardan yaxın planda nümayiş etdirib.
Məşhur model qeyd edib ki, isti ölkələrdən birində istirahətdə olarkən tərkibində C vitamini olan məhsul sayəsində dərisində piqmentasiya əmələ gəlməsinin qarşısını ala bilib.
Ancaq milyarderin xanımının görntüsü tənqidlərə də səbəb olub. Bir çoxları onu “makiyaj gözəli” adlandırıb.
Xəzər
“Cebhe.info”