Müasir insanın xəstəlikləri də qədimdəkindən fərqli imiş

Müasir insanın xəstəlikləri də qədimdəkindən fərqli imiş

Bir qrup amerikalı alim qədim romalıların və yunanların insan sağlamlığı ilə bağlı məsələlərdən bəhs edən mətnlərini təhlil ediblər.

Nəticədə ortaya maraqlı bir detal çıxıb- onların psixi durumu indiki insanlarınkından qat-qat yaxşı idi.

“Cebhe.info” “Sciencealert”-ə istinadən xəbər verir ki, Kaliforniya Dövlət Universitetinin tarixçisi Stanli Burstein və Cənubi Kaliforniya Universitetinin həkimi Kaleb Finç qədim mətnlər üzərində birgə araşdırma aparıblar. Mütəxəssislər ilk növbədə müxtəlif müəlliflərin eramızdan əvvəl b.e. ə VIII və eramızın III əsri arasında tibb üzrə yazdığı klassik əsərləri təhlil ediblər.

Məlum olub ki, bu nəhəng tarixi dövrdə planetin müxtəlif ölkələrinin əhalisi müasir insanlar kimi Alzheimer xəstəliyindən və digər demens növlərindən əziyyət çəkməyib.

Beləliklə, ağır yaddaş itkisi halları o zamanlar olduqca nadir idi. Qədim Yunanıstanda vətəndaşlar əsasən 70 yaşa  qədər yaşayırdılar. O dövrün yunanlarının da qocalıqla bağlı problemləri var idi, lakin indiki qədər ciddi deyildi.

Alimlər qismən etiraf edirlər ki, müasir insanlarda neyrodegenerativ diaqnozların çoxluğu gözlənilən ömür uzunluğunun artması ilə bağlıdır. 85+ yaşlı dünya sakinlərinin təxminən üçdə biri demensiyadan əziyyət çəkir. Ancaq bu xəstəlik daha çox gənc yaşda insanlara təsir edir. Məlumdur ki, 65 yaşdan yuxarı bu diaqnozu olan xəstələrin sayı hər 5 ildən bir iki dəfə artır.

“Bu fenomenin əsas səbəbləri həyat tərzindədir- balanssız və "kimyəvi maddələrlə" çirklənmiş pəhriz, pis vərdişlər, fiziki hərəkətsizlik, pisləşən ekologiya və sivilizasiyanın digər "faydaları" buna təsir edir”,-deyə alimlər bildiriblər.

Xəzər
“Cebhe.info”