Ömrünüzü 4 il uzatmaq üçün: Bunu yeməyin

Ömrünüzü 4 il uzatmaq üçün: Bunu yeməyin

Şəkərli içkilərdən və emal edilmiş ətdən uzaq durmaq yaşlı insanların ömrünü dörd il uzada bilər.

“Cebhe.info” “Nature Food”-a istinadən yazır ki, alimlər qida seçimləri dəyişdikcə gözlənilən ömür uzunluğundakı dəyişiklikləri qiymətləndirmək üçün model hazırlayıblar. Modelləşdirmə göstərib ki, 40 yaşında sağlam qidalanan insanlar ömrünü üç il artıra bilər. Ən zərərli qidalanma vərdişləri olan insanlar vərdişlərini dəyişdirərək 10 il qazana bilərlər.

Sağlam qidalanmanın 70 yaşlı kişilər və qadınlar üçün də təsirli olduğu sübut edilib: qeyri-sağlam pəhrizdən sağlam pəhrizə keçid ömrünü təxminən üç-dörd il artıra bilər.

Şirinləşdirilmiş içkilər və emal olunmuş ətlər (kolbasa, sosis, vetçina, hisə verilmiş ət) ömrü ən çox qısaldan məhsullardandır. Bunun əksinə olaraq, daha çox taxıl və qoz-fındıq yemək gözlənilən ömür uzunluğunu artıra bilər.

Xəzər
“Cebhe.info”