Stilist geyimi ucuz göstərən detalı açıqlayıb

Stilist geyimi ucuz göstərən detalı açıqlayıb

Sosial şəbəkələrdə @slo_mootd ləqəbi ilə daha çox tanınan stilist (ad və soyad açıqlanmır) geyimi ucuz göstərən detallardan danışıb.

Cebhe.info xəbər verir ki, onun fikirləri TikTok-dakı səhifəsində yer alıb.

Videonun əvvəlində ekspert bir neçə geyimdə kamera qarşısına keçib. O, klassik cins şalvar, qum rəngli palto, ağ sviter, qara və mavi şalvar geyinib. Bundan əlavə, qadın geyimlərini dəri çantalarla tamamlayıb:

“Mən minimalistəm. Paltarımdakı brend adları sevmirəm. Onlar paltarı ucuzlaşdırır”.

Daha sonra o, “Adidas” idman geyim markasının loqosu olan mavi gödəkçə və ağ idman ayaqqabısı ilə olan arxiv fotoşəkilini göstərib.

İzləyicilər loqonun ayaqqabını daha da ucuz göstərdiyi fikri ilə razılaşıblar.

Bildirək ki, fevral ayında amerikalı stilist qadın imicini vizual olaraq ucuzlaşdıran dörd şeyi sadalayıb. İlk olaraq Los-Ancelesdən olan bloqqer izləyiciləri atlas qarderob əşyalarından imtina etməyə çağırıb. Onun sözlərinə görə, bu material tez köhnəlir və dəyərini göstərmir.

Xəzər
Cebhe.info