TOGG satışlara başladı: 24 saatda bu qədər SİFARİŞ VERİLDİ

TOGG satışlara başladı: 24 saatda bu qədər SİFARİŞ VERİLDİ

Türkiyənin ilk yerli avtomobili olan TOGG satışlara başlayıb.

Cebhe.info xəbər verir ki, son 24 saatda 22 150 ədəd sifariş qəbul olunub.

27 martadək ilk sifarişlərin qəbulunun davam etdiriləcəyi açıqlanıb.

Hazırda satılan "T10X" modeli olduğu vurğulanıb.

Qeyd edək ki, TOGG avtomobilləri 6 fərqli rəngdə istehsal olunur. Ən ucuz TOGG avtomobilinin qiyməti isə 953 min türk lirəsidir.

Elmir Mustafa
Cebhe.info