Yeyib arıqlamaq üçün ən yaxşı məhsul

Düzgün pəhriz əlavə kilolardan qurtulmağa kömək edəcək.
Bu pəhrizdə yumurtaya “söykənsəniz”, nəticə daha tez nəzərə çarpacaq.
Cebhe.info xəbər verir ki, bunu dietoloq Yana Lapko deyib.
Mütəxəssis hesablayıb ki, günün birinci yarısında ən azı bir yumurta yeyirsinizsə, o zaman 65% hallarda arıqlamağa arxalana bilərsiniz. O, yumurtanın aşağı kalorili məhsul olduğunu deyib. Bir yumurtada cəmi 78 kalori, lakin balanslaşdırılmış tərkibi var. Yumurta maddələr mübadiləsini sürətləndirir və aclıq hissini azaldır.
Yumurta həm də qan şəkərinin səviyyəsini normal saxlayırlar. Dietoloq qeyd edib ki, yumurta yeyən insan daha az yeyir, çünki onda iştah yoxdur.
O, yumurtanın zəngin amin turşuları mənbəyi olduğunu, tərkibində çoxlu A, B5, B12, B2 vitaminləri, fol turşusu, selen, fosfor, həmçinin omeqa-3 yağ turşularının olduğunu vurğulayıb.
Xəzər
Cebhe.info