"Avroviziya" qalibi Bakıya gəlir
Türkiyəli məşhur müğənni Sertab Erener Azərbaycana gələcək.
"Cebhe.info" xəbər verir ki, sənətçi paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.
30 noyabrda Bakı Konqres Mərkəzində keçiriləcək konsert saat 20:00-də başlayacaq. Bilet qiymətləri isə 40 manatdan 300 manata qədərdir. Qeyd edək ki, Sertab Erener 2003-cü ildə “Everyway That I Can” mahnısı ilə "Avroviziya"nın qalibi olub. O, indiyə kimi qardaş ölkəyə "Avroviziya" çempionluğu yaşadan ilk və tək müğənnidir. Sevilən ifaçı həm də 2012-ci ildə "Altın Kelebek" Mükafatlarında Türk klassik musiqisinin ən yaxşı qadın solisti kateqoriyasında mükafata layiq görülüb.
Elmir Mustafa
"Cebhe.info"