Dünyanın ən varlı aktrisası

Dünyanın ən varlı aktrisası

“Forbes” jurnalı “Vəhşi” filmi ilə tanınan Riz Uizerspunu dünyanın ən varlı aktrisası elan edib.

Cebhe.info xəbər verir ki, hazırda onun sərvəti 440 milyon dollar olaraq qiymətləndirilir. 2021-ci ildə o, şirkətinin səhmlərini satıb.

Həmçinin bildirilir ki, “The Morning Show” serialının 10 seriyası üçün aktrisa 20 milyon dollar qazanıb. Ötən il ən varlı aktyor 270 milyon dollarla Dueyn Conson olub.

Xatırladaq ki, martın sonunda aktrisa ərindən ayrılıb. Hollivud ulduzu Cim Totla təxminən 12 il evli olub. Daha əvvəl “İnsayder” məlumat vermişdi ki, sevgililər ölənə qədər həm kədərdə, həm də sevincdə birlikdə olmağı planlaşdırmırlar. Birlikdə oğulları Tennessi böyüdürlər.

Ən varlı aktrisanın aktyor Rayan Filipdən iki böyük övladı da var. Riz albomunun buraxılması münasibətilə oğlu Dikonun ziyafətində Rayan ilə yenidən bir araya gəlib və bu görüş çox müzakirə edilib.

Xəzər
Cebhe.info