Məşhur müğənni buna görə həbs edildi

İranda tanınmış müğənni Sohrab Pakzad və onun meneceri həbs olunub.
“Cebheinfo.az” xəbər verir ki, onların həbs olunmasına səbəb müğənninin konsertinə qadınların hicabsız gəlməsi olub.
Belə ki, müğənninin verdiyi konsert zamanı qadınların hicabsız olmasına görə müğənni və meneceri həbs olunub və Sohrab Pakzadın şəxsi "Instagram" səhifəsi isə polis tərəfindən bağlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”