Məşhur müğənni metroda – FOTO

Dünya şöhrətli sənətçi İzabel Mebarak Ripolla Nyu-Yorkda metroda görüntülənib.
"Cebhe.info" xəbər verir ki, ötən il futbolçu Jerar Pike ilə münasibətini bitirdikdən sonra uzun müddət gündəmdə qalan kolumbiyalı müğənni yeni albomundan sonra Nyu-York metrosunda görüntülənib.
Fanatları "Şakira" ləqəbli müğənni İzabel Mebarak Ripolla maraq göstərib.
7 ildən sonra ilk albomunu çıxaran latın müğənni martın 22-də "Las Mujeres Ya No Lloran" adlı albomunu tamaşaçılara təqdim edib.
Şakiranın yeddi ildən sonra işıq üzü görən albomuna 8 yeni mahnı daxildir. Sənətçinin albomda daha əvvəl yayımlanan 7 musiqisi “Spotify”-da 3,7 milyard dinlənməyə çatıb.
Albomla eyni vaxtda Şakira məşhur reper Cardi B ilə birlikdə "Punteria" adlı yeni mahnısına klip çəkdirdi. Videoda aktyor Lucien Laviscount rol alıb.
7 ildən sonra 12-ci albomu "Las Mujeres Ya No Lloran"ı çıxaran Şakira martın 27-də axşam saatlarında Tayms meydanında 40 min nəfər üçün pulsuz konsert verib.
Ləman İsmayıl
"Cebhe.info"