“Avroviziya”nın qalıibi axtarışa verildi

“Avroviziya”nın qalıibi axtarışa verildi

“Avroviziya 2016”-nın qalibi, Ukraynanın Xalq artisti Camala (Susana Camaladinova) federal axtarışa verilib.

Cebhe.info xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.

Onun cinayət maddəsi ilə axtarışda olduğu deyilir. “Kommersant” qəzeti mənbələrə istinadən yazır ki, müğənni Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham oluna bilər.

Bu ilin noyabrında Camala Rusiya məhkəməsi tərəfindən qiyabi həbs edilib.

Xatırladaq ki, 2016-cı ildə Camala Krım tatarlarının Stalinist deportasiyasına həsr olunmuş “1944” bəstəsi ilə “Avroviziya” müsabiqəsinin qalibi olmuşdu.

Xəzər
Cebhe.info