Ermənstanda artıq ermənilərin Qarabağa qayıtmasından danışırlar

“Qarabağı tərk edən ermənilərin geri qayıtmaq hüququ var. Burada inteqrasiyadan əlavə, geri qayıtmaq hüququnu təmin etmək üçün hər şey edilməlidir”.
Cebhe.info xəbər verir ki, bunu Ermənistan ombudsmanı Arman Tatoyan bildirib.
Eyni zamanda, Tatoyan ermənilərin geri qayıtma ehtimalını onların Qarabağda əmlaklarını qoyması ilə əlaqələndirib. Ancaq erməni ombudsmanı unudub ki, onun “ermənilərin əmlakı” dediyi əslində böyük ölçüdə azərbaycanlılara məxsus olan və işğal dövründə ermənilər tərəfindən mənimsənilmiş əmlaklardır.
Üstəlik, Azərbaycan ən yüksək səviyyədə ölkəmizə qarşı cinayətlərin iştirakçısı olmamış, münaqişədən əvvəl Qarabağda yaşayan ermənilərin və onların övladlarının geri qayıtmasının mümkünlüyünü bildirib. Yeganə şərt onların Azərbaycan vətəndaşlığı qəbul edib qanunlarımıza uyğun yaşamasıdır.
Xəzər
Cebhe.info