Razi Nurullayev: "Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına görə minnətdaram"

"Nəhayət ki, Qarabağda olan etnik erməni separatçılar ram edildi. Həyata keçirilən atiterror tədbirləri nəticəsində erməni separatçılar ağ bayraq qaldırıb təslim oldular.
Bu gün də Azərbaycan cəmiyyətinə reinteqrasiyanı müzakirə etmək üçün Yevlax şəhərinə gəlirlər. Cəmi bir sutka ərzində Azərbaycan Ordusu Prezident İlham Əliyevin başçılığı altında düşməni diz çökdürdü və demək olar ki, separatizmin kökünü birdəfəlik kəsdi.
Tezliklə Xankəndində Azərbaycan bayrağının dalğalanmasının da şahidi olacağıq. Bu parlaq qələbə münasibətilə xalqımızı və Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Şanlı əsgər və zabitlərimizi təbrik edir və onların əməyinin misilsiz olduğunu deyirəm. Var olsun Azərbaycan əsgəri və Ali Baş Komandan!"
Cebhe.info xəbər verir ki, bunu deputat, Milli Cəbhə Patiyasının sədri Razi Nurullayev deyib.
"Doğrusu, həm 44 günlük İkinci Qarabağ savaşında, həm də ondan sonrakı dövrdə Prezident İlham Əliyev Azərbaycanın və xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq işlər həyata keçirib. İlham Əliyev xalqımızın özünə inamını, güvənini, şərəf və ləyqətini bərpa edib. İlham Əliyev yüz generalın qətiyyətli davranıb, qərar verib həyata keçirə bilməyəcəyi savaşda zəfər qazanıb və özünün sərkərdəlik qabiliyyətini də sübut edib.
Onun üçün də Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir və xalqımız da ona minnətdardır. Mən də həm öz, həm də rəhbərlik ediyim Milli Cəbhə Partiyası adından Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına, Qarabağ problemini həll etdiyinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyi üçün minnətdaram!", - deyə o bildirib.
Cebhe.info