Nazir danışıqların prosesə töhfə verəcəyinə inanır

Nazir danışıqların prosesə töhfə verəcəyinə inanır

Azərbaycan XİN rəhbəri Ermənistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inanır.

"Cebhe.info" xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə bugünkü görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib.

Qeyd edək ki, bir neçə saatdan sonra Almatı şəhərində Ceyhun Bayramovun erməni həmkarı ilə danışıqları başlayacaq.

"Cebhe.info"