AzVP növbədənkənar qurultay keçirəcək
Azad Vətən Partiyası (AzVP) növbədənkənar qurultay keçirəcək.
Cebhe.info xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.
Qurultayın 30 sentyabrda keçiriləcəyi qeyd olunub:
"Partiya üzvlərinin reyestrinin Ədliyyə Nazirliyi tərəfindən yoxlanılmasının nəticəsinə uyğun olaraq, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyanın Nizamnamə və Proqramında dəyişiklik və düzəlişlərin edilməsi məqsədilə növbədənkənar qurultayı keçiriləcək.
Partiyanın Siyasi Şurasında qəbul edilən qərara görə, qurultayın 2023-cü il sentyabrın 30-da keçiriləcəyi nəzərdə tutulur. Qurultaya hər 50 nəfərdən bir nəfər olmaqla nümayəndələr seçilib. Qurultay əyani və onlayn formatda baş tutacaq".
Cebhe.info