Eldar Əzizov yeni şöbə müdiri təyin etdi

Eldar Əzizov yeni şöbə müdiri təyin etdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı BŞİH başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Məmməd Qara oğlu Qasımov təyin olunub.

Qeyd edək ki, daha əvvəl Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində Ayaz Hüseynov çalışıb. O, ötən həftə Eldar Əzizovun müavini təyin edilib.

"Cebheinfo.az"