İyulun 24-dən sonra sərhəddə nə olacaq?

İyulun 24-dən sonra sərhəddə nə olacaq?

“Demarkasiya və delimitasiya komissiyaları öz işlərinə dair nizamnamə qəbul edəcək, bundan sonra prioritetlə bağlı birgə qərar qəbul edəcəklər”.

“Cebhe.info” xəbər vrir ki, Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun” radiostansiyası ilə söhbətində növbəti addımların nədən ibarət olacağı və delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Prosesin tamamlandığını deməzdim, çünki bilirsiniz ki, Kirantsın (Günən) bu hissəsində təhlükəsizlik keçid sxeminə əsasən həyata keçirilir. Bu sxem iyulun 24-dək aparılacaq, ondan sonra biz burada infrastruktur işləri aparacağıq. Daha sonra isə tam delimitasiya prosesi aparılacaq.
İndi sərhəd qoşunları, o cümlədən Müdafiə Nazirliyi də rəsmi qarşılıqlı fəaliyyətlə bağlı müəyyən məsələlər qaldırır. Hesab edirəm ki, hələ 1-2 ay da müəyyən işlər davam etdiriləcək”.

Paşinyan bir daha xatırladıb ki, nizamnamə qəbul olunacaq və komissiyalar bunu hansı ardıcıllıqla edəcəklərinə birgə qərar verəcəklər:

“Çünki prinsipcə sərhədin demarkasiyası aparılmalıdır”.

Paşinyan onu da qeyd edib ki, sərhədin demarkasiyası prosesində komissiya Alma-Ata bəyannaməsini əsas prinsip kimi təsbit edib və bu, hər iki tərəf tərəfindən qəbul edilib:

“Bəli, sülh sazişi ilə bağlı bəzi problemlər var, lakin bu problemlər üzərində işimiz davam edir və problemin həlli üçün daha ətraflı iş görülməlidir”.

 Xəzər
“Cebhe.info”