Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu - VİDEO

Kəlbəcərdə mülki təyinatlı obyektdə sursat anbarı aşkar olundu - VİDEO

Kəlbəcər rayonunun Qozlukörpü yaşayış məntəqəsi ərazisində sursat anbarı aşkar olunub.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaşayış məntəqəsi ərazisində yerləşən fermanın tikililəri uzun müddət sursat anbarı məqsədi ilə istifadə edilib. Burada raket, artilleriya mərmiləri, minalar və müxtəlif çaplı döyüş sursatları mövcud olub.

Qeyd olunan sursatların təcili tibbi yardım maşını ilə fermanın ərazisinə daşındığı da müəyyən edilib.

Cebhe.info