Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir?

Sülh dalana dirənib: Sazişin imzalanması niyə gecikir?

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxındırlar”. 

Bunu noyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, danışıqların daha intensiv davam etdiriləcəyi bir-iki formul qalır.

“İşlər, hətta deyərdim ki, daha konstruktiv şəraitdə aparılır. 

Ehtiyatlı nikbinliklə bildirmək istərdim ki, biz həqiqətən də sülh müqaviləsinin mətni üzrə yekun razılığa çox yaxınıq”, - deyə A.Mirzoyan bildirib.

Maraqlıdır, Ermənistan rəsmiləri bir tərəfdən deyirlər ki, sülh sazişinə yaxınıq, digər tərəfdən də ölkəsində anti-Azərbaycan tədbirləri ücün şərait yaradır. Özünü aktivist elan edənləri toplayıb tədbirlər təşkil edir? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, sülh sazişi yalnız bu vəziyyətdə imzalana bilər. 

“Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyan, Qarabağın işğaldan azad olunmasına gətirib çıxaran İkinci Qarabağ müharibəsindən dörd il ötsə də, bu günə kimi sülh sazişi imzalanmayıb.

Sözsüz ki, bunun bir əsas səbəbi var. Sazişin imzalanmasına əngəl yaradan əvvəlki geosiyasi vəziyyətin olmamasıdır. Belə bir vəziyyət olmadığı üçün müəyyən hadisələr baş verir və bu da sazişin imzalanmasına əngəl yaradır. 

Yəni İrəvan bir tərəfdən sülhün əhəmiyyətindən danışır, digər tərəfdən sülh prosesindən yayınır və təxribatlara əl atır. 

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlvərişli vəziyyətin mövcud olması lazımdır. 

Belə bir vəziyyət yaranan kimi, hər iki tərəf arasında sülh sazişinin imzalanması mümkün olacaq”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”