Tehrandakı Azərbaycan səfirliyinin yeni binası - VİDEO

Tehrandakı Azərbaycan səfirliyinin yeni binası - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Cebhe.info” xəbər verir ki, “Telegram” kanallarında Azərbaycanın Tehrandakı səfriliyinin yeni binasının görüntüləri yayılıb. Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir.

Bundan əvvəlki səfirlik binasına 2023-cü il yanvarın 27-də terror hücumu törədilib. Terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Xəzər
“Cebhe.info”