18 yolda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
8. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;
9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
10. Fətəli xan Xoyski prospekti, metronun "Gənclik" stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Mehdi Hüseyn küçəsi, metronun "İçərişəhər" stansiyası istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində
17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində
18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
“Cebheinfo.az”