Azərbaycandan İrana uçuşlar ləğv edilib?- Ölkənin adı AZAL-dan silinib?- FOTO

Azərbaycandan İrana uçuşlar ləğv edilib?- Ölkənin adı AZAL-dan silinib?- FOTO

İran mətbuatında 4 iyun tarixindən Azərbaycandan bu ölkəyə bütün aviareyslərin ləğv edildiyi haqqında məlumat yayılıb.

Məlumatı "Mizan" informasiya agentliyi yayıb.

Həmçinin, "Azərbaycan Hava Yolları" QSC -nin (AZAL) onlayn platformasında onlayn bilet almaq istəyərkən gediləcək ölkələr siyahısında İranın adının qeyd olunmaması da həmin məlumatla üst -üstə düşüb.

Gedəcəyin ünvanın seçimində İranın adının olmaması ilə bağlı quruma müraciət etdik.

"Azərbaycan Hava Yolları" QSC-dən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirildi ki, bu saytdakı yüklənmələrlə bağlı ola bilər:

"İrana uçuşlar adi qaydada həyata keçirilir".

Qeyd edək ki, platformada digər dillərdə ünvan seçərkən İranın adı siyahıda göstərilsə də, proqramın dilini Azərbaycan dilinə dəyişdikdə bu problem hələ də qalır.

Günay Şahmar
Cebhe.info