Havada toz müşahidə olunur

Havada toz  müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron  yarımadasında  tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. 

Peyk görüntülərinə əsasən  tozlu hava şəraitinə səbəb  cənub  istiqamətli küləklər  vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır. 

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi  gözlənilir. 

"Cebhe.info"