Köhnə binalar zəlzələyə nə dərəcədə dözümlüdür? - AÇIQLAMA
"Köhnə, qədimi binaların zəlzələyə dözümlü olub-olmadığını demək çox çətindir".
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Bakıdakı binaların bir çoxu zəlzələyə davamlı olmaya bilər:
"Tarixən Bakıda güclü, dağıdıcı zəlzələlər olub. Bakı ərazisi 8-9 ballıq zəlzələ zonasıdır. Elə yerlər var ki, zəlzələnin balı 10 bala qədərdir.
Bu da qurunt suyunun səviyyəsi, onun fiziki, mexaniki xüsusiyyətindən asılıdır.
Bundan asılı olaraq laylardan keçdikcə enerji boşalması gedir, sürət azalır, bu da yer səthində öz təzahürünü göstərir. Ona görə də Bakı kimi mürəkkəb coğrafi relyefi olan ərazidə 8-9 ballıq zəlzələ olması təəccüblü hal deyil.
Bakıda elə zonalar var ki, yeni tikilən yaşayış komplekslərin biri 8, digəri isə 9 ballıq ərazilərdə yerləşir. Yəni, eyni binadır, aralarında məsafə azdır, amma bal fərqi var. Yəni, bu, yerin quruluşundan asılıdır".
Naibə
"Cebheinfo.az"