Nazirin açıqlamasına reaksiya: “Hər 100 nəfərdən 10-u xəstədirsə...”

Nazirin açıqlamasına reaksiya: “Hər 100 nəfərdən 10-u xəstədirsə...”

Əhalinin sayı artmaqdadır və 2050-ci il üçün dünyada 60-dan çox yaşı olan əhalinin sayı iki dəfə artacaq.

Bunu səhiyyə naziri Teymur Musayev yerli televiziya kanallarına verdiyi müsahibədə deyib.

Bildirib ki, bu uzunömürlülük nəticəsində bəzi xəstəliklərə daha geniş miqyasda rast gəldiyimizin şahidi olacağıq.

“Yaşlı əhaliyə fərqli səhiyyə xidmətləri göstərilməlidir. Yaşlaşan əhalinin özünəməxsus tibbi problemləri gündəmə gəlir. Bununla bağlı Səhiyyə Nazirliyinin strateji layihələndirmə qrupu mövcuddur. Həmin qrup produktiv şəkildə növbəti 5, 10, 20 il üçün proqnozları hazırlayaraq bundan irəli gələcək səhiyyə məsələrinin çözülməsi üçün hökumətə bir layihə təqdim edəcək”, - deyə o qeyd edib.

Nazir onu da vurğulayıb ki, Azərbaycanda səhiyyə sektorunda çalışan insan kapitalı 110 min nəfərin üzərindədir.

Məsələ ilə bağlı farmokoloq-həkim Aydın Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, əhalinin sayı artıqca xəstəliklərin də sayı artır:

"Movcud duruma uyğun olaraq əhalinin 100 nəfərindən 10-u xəstədirsə, ölkədə əhali sayı artdıqca xəstələrin də sayı birmənalı şəkildə artır. Digər tərəfdən əhalinin sağlamlığının qorunması üçün təbiətlə əlaqə olmalıdır. Təmiz su, fiziki hərəkət, iş şəraitində xoş mühit əsas amillərdəndir. Bu istiqamətdə maarifləndirmə işləri artıqca əhali də uzunömrlü olar".

Həkim qeyd edib ki, tibbi yardım zamanı yaşı altmışdan çox olan insanlara təyin olunan dərman preparatlarının dozaları azldılır:

"Bütün bunlar xəstəyə geniş şəkildə izah olunmalıdır. İnsanlar dərmanları öz istədikləri dozada qəbul etməməlidirlər. Dərmanlarının təsirinin yaşdan, cinsdən, genetikadan, hətta fəsildən asılılığı var".

Ləman İsmayıl
"Cebhe.info"