Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır

Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 2 gün vaxt qalıb.

"Cebhe.info" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, indiyədək 78 mindən çox abituriyent qeydiyyatdan keçib.

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 27615 nəfər bu qrup üzrə müraciət edib.

II ixtisas qrupu üzrə 22074 nəfər, III qrup üzrə 23329 nəfər, IV qrup üzrə isə 5592 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 70822 nəfəri Azərbaycan bölməsi, 7788 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 minə yaxındır.

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.

"Cebhe.info"