Sumqayıtın bəzi ərazilərində su kəsilib

Sumqayıtın bəzi ərazilərində su kəsilib

Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərini içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib.

Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarına qədər Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

İşlər yekunlaşandan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

"Cebheinfo.az"