Havalar isindi, limit dərdi bitdi?

Havalar isindi, limit dərdi bitdi?

Məlumata görə, ötən il abonentlərin 43,5%-i aşağı qaz istifadəsi limitini (1200 kubmetrədək) keçməyib.

Hesabat dövründə 1200 kubmetrədək olan qaz istifadəsi limitini 41,5% abonent keçib. Cəmi 15% abonent isə 2500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib.

Yazın gəlişi və havaların isindiyi nəzərə alınarsa, qaz limiti ilə bağlı son durum necədir?Abonentlərin neçə faizi qaz limitini keçib?

"Azəriqaz" İstehsalat Birliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, yanvar-fevral ayları ərzində əhali abonentlərinin 8,6 %-i aşağı tarifi keçib:

"Əhali sektoru üzrə qazın satışı illik olaraq 1200 m-kub 0,12 qəpik, 1200-dən 2500-dək 0,20 qəpik, 2500-dən yuxarı 0,25 qəpiklə hesablanır. 2023-cü ilin yanvar-fevral ayları ərzində əhali abonentlərinin 8,6 %-i aşağı tarifi keçib".

Onu da əlavə edək ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Naibə
Cebhe.info