İkardi bu göstəricidə zirvəyə yüksəldi

İkardi bu göstəricidə zirvəyə yüksəldi

Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardi növbəti uğura nail olub. 

“Cebhe.info” xəbər verir ki, o, İstanbul klubunun heyətində ən çox qolun vurulmasında iştirak edən xarici futbolçu olaraq tarixə keçib. Belə ki, argentinalı futbolçu Super Liqada meydana çıxdığı 53 matçda 42 qol vurub, 17 məhsuldar ötürmə edib. Yəni İkardi 53 oyunda 57 qolun vurulmasında birbaşa iştirak edib. Bu isə sözügedən statistikada onu zirvəyə yüksəldib. İkardi Jardel, Adrian İlie, George Hagi, Milan Baros, Bafetimbi Gomis, Roman Koseçki, Didier Droqba, Dean Saunders və Radamel Falkao kimi ulduzları geridə qoyub. 

Elmir Mustafa 
“Cebhe.info”