Rusiya buğdanın ixrac vergisini yenidən artırır

Rusiya buğdanın ixrac vergisini yenidən artırır

2024-cü il aprelin 3-dən Rusiyadan buğda ixracına görə vergi 1 ton üçün 3322,8 rubl (36 dollar) təşkil edəcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Arpa vergisi 573,3 rubldan (6,2 dollar) 1002,3 rubla (11,07 dollar) qaldırılacaq, qarğıdalıdan alınan vergi isə ton üçün 69,9 rubl (7 dollar) təşkil edəcək.

Qeyd edək ki, 2022-ci il iyulun 1-dən əvvəl vergilər dollarla hesablanırdı və sonradan rubla çevrilirdi.

Nigar Hacılı 
"Cebhe.info"