Banklara olan borc 270 milyon artıb

Banklara olan borc 270 milyon artıb

Azərbaycanda kredit portfelinin həcmi 269 milyon 600 min manat artıb.

“Cebhe.info” xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının 1 aprelə qədərki dövrü əhatə edən məlumatında öz əksini tapıb.

Belə ki, göstərilən tarixə qədər bankların verdiyi ümumi verdiyi kreditlərin həcmi 24 milyard 102 milyon 600 min manat təşkil edib.

Cari ilin 1 martında isə bankların ümumi kredit portfelinin həcmi 23 milyard 833 milyon manat olub.

Vilayət Muxtar
“Cebhe.info”