Azərbaycanda fərarilik edənlərin rəsmi statistika

Azərbaycanda fərarilik edənlərin rəsmi statistika

2023-cü ildə Azərbaycanda hərbi xidmət keçməkdən boyun qaçırma hallarına görə 37 nəfər axtarışa verilib.

Bu barədə  "Modern" -nin Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi məlumata görə, ötən il hərbi xidmət keçməkdən boyun qaçıran 37 nəfərdən 25-nin yeri müəyyən edilərək tapılıb. 12 nəfər isə 2023-cü ilin sonuna kimi axtarışda olub.

2023-cü ildə fərariliyə görə axtarışa verilənlərin də sayı açıqlanıb - 45 nəfər.

Axtarılan fərarilərdən 15 nəfərin yeri müəyyən edilib, 30 nəfəri isə ilin sonuna kimi tapmaq mümkün olmayıb.

2022-ci illə müqayisədə hərbi xidmət keçməkdən boyun qaçırma halları artıb (119,4 faiz təşkil edib), fərarilik isə azalıb (95,7 faiz təşkil edib).

"Cebhe.info"