Rusiya bu istiqamətində qüvvə toplayır: Hücum başlayacaq?

Rusiya bu istiqamətində qüvvə toplayır: Hücum başlayacaq?

“Rusiya yenidən hücum edə biləcək şimal qrupunu qurmağa davam edir. Bunu Ukraynanın şimal-şərqində, o cümlədən Xarkovda edir.  Bununla belə, Rusiyanın bu istiqamətdə Xarkova hücum etmək gücü hələ ki, yoxdur”.

“Cebhe.info” xəbər verir ki, bunu Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yeni təhlil hesabatında bildirib. Qeyd edilib ki, rus hava-desant batalyonunun cənub cəbhəsindən Kursk bölgəsinə köçürülməsi ilə bağlı xəbərlər var.

ISW analitikləri ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets və rusiyalı hərbi blogerə istinadən bildirirlər ki, 76-cı (Pskov) hava-desant diviziyasından bir batalyon bu yaxınlarda Zaporojye vilayətində cəbhədən Kursk vilayətinə köçürülüb.

Maşovetsin hesablamalarına görə, Rusiya artıq Şimal qrupuna 50 minə yaxın əsgər toplayıb. Onlardan 31 mindən çoxu Belqorod vilayətində, 10 mindən çoxu Kursk vilayətində və 8 mindən çoxu Bryansk vilayətindədir.

Maşovets iddia edir ki, rus bölmələri kamuflyaj üçün Kursk bölgəsindəki stansiyalarda boşaldılır və sonra öz gücləri ilə Xarkova yaxın olan Belqorodskayaya göndərilir.

Bir çox müşahidəçilər qeyd edirlər ki, ruslar son vaxtlar Xarkova və ümumilikdə şimal-şərq rayonlarına hücumları, eləcə də bu bölgədə hava kəşfiyyatını gücləndiriblər.

"Rusiya ordusunun Leninqrad Hərbi Dairəsinin bölmələrindən Şimal Qrupunu formalaşdırdığı və ilk növbədə Belqorod-Xarkov əməliyyat istiqamətində əməliyyatlar üçün hazırladığı bildirilir", - ISW bildirib.

"ISW Rusiya ordusunun Xarkovu ələ keçirmək üçün kifayət qədər qüvvəyə malik olmadığına inanmaqda davam edir. Lakin Rusiyanın Xarkov və ya Sumiyə qarşı hücum əməliyyatları Ukrayna bölmələrini cəbhənin digər, daha vacib sektorlarından çəkib sıxışdıracaq", - amerikalı institutun analitikləri yazır.

Xəzər
“Cebhe.info”