Simonyan sülh müqaviləsinin detallarını açıqladı

Simonyan sülh müqaviləsinin detallarını açıqladı

“Azərbaycanın gücü və qətiyyətli siyasi iradəsi var”.

Bunu parlamentin spikeri Alen Simonyan bu gün, mayın 6-da jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşü ilə bağlı gözləntilərdən danışarkən deyib.

“Ümid edək ki, hazırda atılan addımlar sülh prosesinin çox tez məntiqi nəticəyə gətirilə biləcəyini göstərən daha bir siqnal olacaq. Ermənistan bu istiqamətdə hərəkət edəcək və çalışacaq”.

Spiker görüşün sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıra biləcəyinə dair sualı şərh edərkən belə deyib.

Azərbaycan Prezidentinin sülh müqaviləsi layihəsinin müstəsna olaraq Azərbaycan tərəfinin yanaşmalarını əks etdirməsi ilə bağlı bəyanatlarını şərh edən Simonyan qeyd edib:

“Müqavilətamamilə beynəlxalq normalara əsaslanır ki, bu da bizim yanaşmalarımızı əks etdirir. Bütün ziddiyyətli məsələlər Ermənistan tərəfindən geri qaytarılır. Bunu tərəflər arasında gedən təklif mübadiləsi də sübut edir. Məhz bu səbəbdən proses ləngiyir”, - Simonyan bildirib.

Spiker həlledici ziddiyyətlərin olmasını istisna edib.

“Söhbət ondan getmir. Biz bütün bəndləri bir-bir müzakirə edirik və razılaşırıq. Hər şey beynəlxalq hüquq əsasında həyata keçirilir. Sənəddə fərqli şərh edilə bilən dilin olmaması son dərəcə vacibdir. Məsələn, 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatda bəzi ölkələr və siyasi xadimlər sənəddə yer alan müəyyən dilə etiraz etməyə cəhd ediblər. Bu hamımız üçün yaxşı dərs oldu. Bu və ya digər bəndin və ifadənin nədən ibarət olduğu hər iki tərəf üçün son dərəcə aydın olmalıdır”, - Simonyan belə deyib.

Müşfiq Abdulla 
“Cebhe.info”