KİV: HƏMAS İsraillə danışıqları dayandırıb

KİV: HƏMAS İsraillə danışıqları dayandırıb

HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.

Bu barədə adı açıqlanmayan HƏMAS rəsmisi deyib.

O bildirib ki, HƏMAS girovların azad edilməsi və atəşkəslə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

HƏMAS rəsmisi, həmçinin vasitəçilərin səylərinin nəticəsini gözlədiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

"Cebhe.info"