Əhalinin banklardakı əmanətinin həcmi azalıb – RƏSMİ

Əhalinin banklardakı əmanətinin həcmi azalıb – RƏSMİ

Əhalinin banklarda olan əmanətlərinin həcmi 13 milyard 150 milyon 500 min manat təşkil edir.

“Cebhe.info” xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd edək ki, məlumat 1 aprelə qədərki dövrü əhatə edib.

Cari ilin 1 martında isə əhalinin banklardakı əmanətlərinin həcmi 13 milyard 267 milyon 200  min manat olub.

Bu isə o deməkdir ki, 1 ayda əhalinin banklardakı pulunun həcmi 116 milyon 700 manat azalıb.

Vilayət Muxtar
“Cebhe.info”