Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta daha xeyirlidir?

Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta daha xeyirlidir?

Sağlamlığa faydaları ilə tanınan və təbii qida olan yumurta zülal ehtiyacının qarşılanmasında mühüm rol oynayır. 

"Cebhe.info" xəbər verir ki, ağ, yaxud qəhvəyi qabıqlı yumurtalar arasında dad və qida dəyəri baxımından heç bir fərq yoxdur. Onların hər ikisi eyni zülalı ehtiva edir. 

Avropalı istehlakçılar isə qəhvəyi qabıqlı yumurtanın sağlamlıq cəhətdən daha xeyirli olduğunu bildirirlər. 

Ancaq həkimlər sağlamlıq üçün bu iki yumurtanın heç bir fərqli təsiri olmadığını deyirlər.

Bəzi istehsalçıların fikrincə, ağ yumurta ekoloji cəhətdən daha təmizdir və istifadə üçün daha yaxşıdır.

Naibə
"Cebhe.info"