İnsan beyni çiplə idarə olunacaq?

İnsan beyni çiplə idarə olunacaq?

Amerikalı iş adamı, milyarder İlon Mask tərəfindən yaradılan "Neuralink" şirkəti çipləri insan beyninə implantasiya etmək üçün sınaqlara başlayıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət bunun üçün Amerika Birləşmiş Ştatlarının ən böyük neyrocərrahiyyə mərkəzlərindən biri ilə danışıqlara başlayıb.

Bildirilib ki, Maskın şirkəti Arizonada yerləşən Barrou Nevroloji İnstitutunda kompüter və insan arasında neyron interfeys yaratmaq üçün çipləri tədqiq edəcək və sınaqdan keçirəcək tədqiqatçılar qrupunun formalaşmasına nail olmağı planlaşdırır.

Qeyd edək ki, çiplərin təhlükəsiz olduğu barədə bu araşdırma ilə şirkət ABŞ Qida və Dərman İdarəsini inandırmağa çalışacaq.

Xatırladaq ki, ötən ilin əvvəlində adıçəkilən qurum Maskın şirkətinə müxtəlif istehsallarını insanlar üzərində sınaqdan keçirməyi qadağan etmişdi.

Əlavə edək ki, bu qadağa insanların təhlükəsizliyi ilə bağlı olub.

Sevinc Tapdıqqızı
Cebhe.info