Bülent Şakrak sevgilisi ilə görüntüləndi - FOTOLAR

Bülent Şakrak sevgilisi ilə görüntüləndi - FOTOLAR

Ötən il aktrisa Ceyda Düvenci ilə 8 illik evliliyinə son qoyan aktyor Bülent Şakrak yeni sevgilisi ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor həmkarı Esra Akpınarla ötən gecə bir məkana girərkən görüntülənib.

O, “Ceyda Düvenci ilə boşanmağınızın səbəbinin Esra xanım olduğu iddia edilir, nə deyəcəksiniz?” sualına “Dostlar, bizi bilənlər bilir, bilməyənlər də özləri bilər” cavabını verib. Münasibətləri ilə bağlı isə sadəcə “Hər şey yaxşıdır” deyib.

Bundan öncə isə aktyor Zeynep Bastıkın konsertində E.Akpınarı öpərkən görüntülənmişdi.

Xatırladaq ki, aktrisa Ceyda Düvenci hazırda aparıcı Güçlü Mete ilə eşq yaşayır.

Qeyd edək ki, 47 yaşlı aktyor 2006-cı ildə aktrisa Özge Borakla ailə qurub. Bu evlilik 2010-cu ildə sonlanıb. 2015-ci ildə Ceyda Düvenci ilə ailə həyatı quran Bülent 2023-cü ildə boşanıb. Onun Düvenci ilə evliliyindən bir övladı var.

"Cebhe.info"