Oksana Rəsulova: "Onsuz da onlar öz çirkinliklərində batacaqlar"

Oksana Rəsulova: "Onsuz da onlar öz çirkinliklərində batacaqlar"

Aktrisa Oksana Rəsulova ard-arda paylaşımlar edib.

"Cebhe.info" xəbər verir ki,  instaqramdakı paylaşımların birində o, ad çəkmədən kiməsə söz atıb:

“İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar. O, hər şeyi bilir və görür, ona etibar edin... Ümidinizi ondan üzməyin! Allahın adını pis əmməllərə görə istifadə edənlərdən, onun adı ilə yalandan and içənlərdən, onu dilində və əməllərində qiymətləndirməyən insanlardan uzaq olun...

Şükürlər olsun hər bir saf, təmiz günümüzə. Heç vaxt nə gününüzü, nə də qəlbinizi ləkələməklərinə icazə verməyin... Onsuz da onlar öz çirkinliklərində batacaqlar və heç vaxt oradan çıxmayacaqlar, çünki belə insanlar üçün nə iman, nə ailə, nə mənəvi, nə ruhani dəyər var...

Yalandan Allahın adını çəkən insanlar nə xoşbəxtlik, nə sağlamlıq nə də ki, hörmət tapacaqlar”.

"Cebhe.info"