4 kənd qaytarılarsa: “Azərbaycan bölmələri 5 nöqtədə yerləşəcək”

4 kənd qaytarılarsa: “Azərbaycan bölmələri 5 nöqtədə yerləşəcək”

“4 kəndin veriləcəyi təqdirdə Azərbaycan bölmələri Ermənistan-Gürcüstan yolu üzərində 5 nöqtədə yerləşəcək”. 

“Cebhe.info” xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində canlı yayımda “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.

“İlk dayanacaq Yuxarı Əskipara kəndidir. 1990-cı illərdə formalaşmış müdafiə xətti tamamilə məhv ediləcək.

Ermənistana daxil olan qaz kəməri də Yuxarı Əskipara hissəsindən keçir və Azərbaycan tərəfinin nəzarəti təmin olunarsa, qaz kəməri də Bakının nəzarətinə keçəcək. Əgər bu kənd Azərbaycana verilsə, o zaman kommunikasiya da tələb edəcək.

Onu da qeyd edim ki, Bakının tələbləri yerinə yetirilərsə, Azərbaycan bölmələri yolun 5 kəsişmə olan hissəsində yerləşdiriləcək. Bu, İrəvan-Tbilisi magistral yoludur. Azərbaycan bölmələri yerləşdirilsə, dövlətlərarası yola xidmət etməyimiz qeyri-mümkün olacaq. Belə olan halda Ermənistan unikal anklav olacaq”, - deyə Danielyan qeyd edib.

Xatırladaq ki, Ermənistan hökumətinin yaydığı məlumatda Qazax rayonunun qeyri-anklav kəndləri Tavuş vilayətinin əraziləri kimi təqdim edilir. Bunlar Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılıdır.

Xəzər
“Cebhe.info”